Türkiyə Futbol Federasiyası (TFF) Professional Futbol Intizam Qurumu “Fənərbaxça” klubuna 20 min lirə pul cəzası verib. Modern.az xəbər verir ki, TFF-in verdiyi açıqlamada Spor Toto Super Liqasında “Çaykur Rizəspor” ilə “Fənərbaxça” oyunundan sonrakı reportajda “Fənərbaxça” klubunun futbolçularının iştirakı ilə bağlı təlimatlara riayət etməməsinə görə 20 min lirə pul cəzası aldıqları bildirilib.
Qurum, həmçinin, “Göztəpə”yə 50 min, “MKE Ankaragücü” və “Böyükşəhər Bələdiyyəsi Ərzurumspor”a 20 min lirə pul cəzası verib.