Modern.az

Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycan nefti cüzi ucuzlaşıb

Aktual

4 Oktyabr 2018, 23:14

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 3-də 86,96 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamı gününə olan göstəricidən 0,14 dollar/barel azdır. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 3-də 86,15 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,14 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 3-də 83,01 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,21 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 3-də 85,73 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,08 dollar/barel azdır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı