Modern.az

İmişlidə icazəsiz ov edən saxlanıldı

İmişlidə icazəsiz ov edən saxlanıldı

Aktual

5 Oktyabr 2018, 10:15

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən İmişli rayonunun Qaraqaşlı kəndi ərazisində icazəsiz ova cəhd edən şəxs saxlanılıb.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, araşdırma zamanı brakonyerin İmişli şəhər sakini Rüstəm Ələsgərov olduğu müəyyən edilib.

Faktla bağlı R.Ələsgərov barəsində protokol tərtib olunub, inzibati qaydada 1000 manat cərimə edilib və ov tüfəngi götürülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı