Modern.az

Pompeo Kim Çen In ilə danışıqlar üçün Pxenyana getdi

Pompeo Kim Çen In ilə danışıqlar üçün Pxenyana getdi

Aktual

7 Oktyabr 2018, 14:31

ABŞ-ın dövlət katibi Mayk Pompeo Koreya Xalq Demokratik Respublikasının (KXDR) paytaxtı Pxenyana səfərə gedib.

 

Modern.az-ın Trend-ə istinadən məlumatına görə, dövlət katibinin KXDR lideri Kim Çen Inla görüşü baş tutacaq. Tərəflər Koreya yarımadasının denuklearizasiyasını müzakirə edəcəklər.

KXDR lideri ilə görüşdən sonra M.Pompeo Cənubi Koreyaya yollanacaq və prezidenti Mun Çje İn və xarici işlər naziri Kan Qön Xva ilə görüşəcək.

 

Bundan sonra M.Pompeo oktybarın 8-i Pekinə səfər edəcək və hökümət nümayəndələri ilə görüşəcək.

Qeyd edək ki, bu səfər ABŞ dövlət katibi Mayk Pompeonun Pxenyana 4-cü səfəridir. Bundan əvvəl dövlət katibi aprel, may və iyul aylarında Pxenyana səfər edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı