Modern.az

Təbii fəlakət qurbanlarının sayı 2000-ə çatdı

Təbii fəlakət qurbanlarının sayı 2000-ə çatdı

Aktual

7 Oktyabr 2018, 21:20

İndoneziyada baş verən zəlzələdə ölənlərin sayı artıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Sulavesi adasında baş verən zəlzələ və sunami nəticəsində ölənlərin sayı 1944 nəfərə çatıb. Bundan başqa xəstəxanalarda 2500-dən çox yaralı var.

 

Bundan əvvəl ölənlərin sayı 1763 nəfər idi.

 

Qeyd edək ki, sulavesi adasında zəlzələ sentyabrın sonunda baş verib. Onun ardınca adaya sunami gəlib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı