Modern.az

Fransa və Almaniya dünya internet nəhənglərinə qarşı hərəkətə keçdi

Fransa və Almaniya dünya internet nəhənglərinə qarşı hərəkətə keçdi

مورد توجه

7 Oktyabr 2018, 21:36

Fransa İqtisadiyyat naziri Bruno Lö Mer, Avropa İttifaqı ölkələrindən gələn gəlirlərə görə internet nəhənglərinin vergiyə cəlb edilməsi mövzusunda ilin sonuna qədər Almaniya ilə bir həll variantı tapacağını söyləyib. Modern.az xəbər verir ki, bu barədə Fransanın “Avropa 1” radiosuna Lö Mer açıqlama verib.

 

Nazir bildirib ki, Almaniya Baş nazirinin müavini və Maliyyə naziri Olaf Scholzun bir neçə gün əvvəl qeyd etdiyi kimi “Google”, “Amazon”, “Facebook” və “Apple” kimi şirkətlərin Avropa İttifaqına üzv ölkələrdən gələn gəlir hesabına vergi alınmasına bir  həll tapılması mövzusunda razılaşıblar.

Lö Mer bu mövzunun yeni Avropa büdcəsindən daha təcili olduğunu qeyd edib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı