Modern.az

“Fənərbaxça”dan növbəti uğursuzluq

“Fənərbaxça”dan növbəti uğursuzluq

Aktual

7 Oktyabr 2018, 22:09

Spor Toto Super Liqansının 8-ci həftəsində “Fənərbaxça” doğma meydanda “Medipol Başakşehir”lə qarşılaşıb. Modern.az xəbər verir ki, “Fənərbaxça” ilə “Medipol Başakşehir” arasında 90 dəqiqəlik kritik qarşılaşmanın sonunda  tərəflər  qolsuz bərabərliklə razılaşıb.

 

Fənərbaxça bu hesabla  Super Liqanın son 3 həftəsini qalibiyyətsiz bağladı.

 

Bu nəticə ilə “Fənərbaxça”  Spor Toto Super Liqada 8, “Medipol Başakşehir” isə 15 bal aldı.

 

Qeyd edək ki, oyunda “Fənərbaxça” oyunçularından 34-cü dəqiqədə Reyes, 38-ci dəqiqədə Neustaedter, 83-cü dəqiqədə Isla, 87-ci dəqiqədə  Hasan Ali Kaldırım, “Medipol Başakşehir” oyunçularından  41-ci dəqiqədə  Da Costa, 58-ci dəqiqədə İrfan Can Kahveci, 60-cı dəqiqədə  Epureanu, 65-ci dəqiqədə Elia sarı vərəqə alıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...