Bir neçə dəqiqə bundan öncə Bakıda daha bir avtobus qəzası yaşanıb. Modern.az Axar.az-a istinadən xəbər verir ki, 60 saylı marşrut xətti üzrə hərəkət edən avtobus Nobel prospektində, keçmiş Nargilə kafesinin yaxınlığında yoldan çıxıb.
Avtobus yol kənarındakı iki ağacı qırıb.
İlkin məlumata görə, avtobusda sərnişin olmayıb. Sürücünün xəsarəti isə ciddi deyil.