Modern.az

Binəqədidə 9 mərtəbəli bina yandı - SAKİNLƏR TƏXLİYƏ OLUNDU

Binəqədidə 9 mərtəbəli bina yandı - SAKİNLƏR TƏXLİYƏ OLUNDU

Aktual

8 Oktyabr 2018, 10:01
Bakıda baş verən yanğında bir nəfər tüstüdən zəhərlənib.
 
FHN-dən Modern.az-a verilən məlumata görə, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış elektrik lövhəsində 21 ədəd elektrik sayğacı yanıb.
 
Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib, üçü azyaşlı olmaqla 14 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı