Modern.az

Son 2 günün “yol terroru”: 7 ölü, 11 yaral

Son 2 günün “yol terroru”: 7 ölü, 11 yaral

Aktual

8 Oktyabr 2018, 10:50
Son iki gündə daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
 
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Modern.az verilən məlumata görə, oktyabrın 6-dan 8-dək ölkədə 192 cinayət faktı qeydə alınıb, onların da 35-i "isti izlər”lə açılıb.
 
Əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması təmin olunub.
 
Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Ölkənin avtomobil yollarında 13 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 11 nəfər xəsarət alıb.
 
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı