Qəbələ rayonunda ərəb turistlərin yaşadığı evdə yanğın olub. Hadisə rayon mərkəzində yerləşən fərdi evlərdən birində baş verib.
Modern.az-ın məlumatına görə, hadisə nəticəsində bir ailənin 6 üzvü xəsarət alıb, 1 nəfər isə dünyasını dəyişib.
Hadisə zamanı evdə olan Suriya vətəndaşları - 1993-cü il təvəllüdlü Əhmad Adnan Əl-Həmidi, 2001-ci il təvəllüdlü Nura Adnan Əl-Həmidi, 1989-ci il təvəllüdlü Sara Adnan Əl-Həmidi, 2017-ci il təvəllüdlü Adam Mudar Əl-Dehni, 1960-ci il təvəllüdlü Raba Muhammed Əl-Rovaşda, 1958-ci il təvəllüdlü Adnan Əl-Həmidi müxtəlif dərəcəli bədən xəsarətləri və tüstüdən zəhərlənmə diaqnozu ilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralılara ilkin tibbi yardım göstərilib, onlardan 3 nəfərinin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırmalar davam etdirlir.