Modern.az

Qəbələdə ərəblərin yandığı hadisə haqda rəsmi məlumat - 1 ölü, 6 yaralı  

Qəbələdə ərəblərin yandığı hadisə haqda rəsmi məlumat - 1 ölü, 6 yaralı   

Aktual

8 Oktyabr 2018, 13:41

Qəbələ rayonunda ümumi sahəsi 200 kvadratmetr olan ikimərtəbəli altıotaqlı evdə yanğın baş verib.

Modern.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə nəticəsində ev 168 kvadratmetr sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı Suriya vətəndaşı, 1995-ci il təvəllüdlü Alhamidi Arvanın cəsədi yanğınsöndürənlər tərəfindən aşkarlanıb. Həmçinin müxtəlif yanıq xəsarətləri almış altı nəfər Suriya vətəndaşı xəstəxanaya aparılıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı