Modern.az

BAXCP “Qarabağ mitinqi”ni PİSLƏDİ

BAXCP “Qarabağ mitinqi”ni PİSLƏDİ

Aktual

8 Oktyabr 2018, 14:25

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub. 

 

Modern.az xəbər verir ki, sentyabrın 29-da “Qarabağa Azadlıq” şüarı ilə keçirilən mitinqi müzakirə edən BAXCP İdarə Heyəti bununla bağlı açıqlama yayıb.

 

BAXCP İdarə Heyəti mitinqə vətəndaşların dəstək vermədiyini bəyan edib. Mitinqin Qarabağ naminə milli birliyə töhfə verə bilmədiyini, azsaylı iştirakçısı olan aksiyaların danışıqlar prosesinə mənfi təsir göstərdiyini qeyd edib.

 

“Mitinqdən sonra bu aksiyaya çağırış edənlərin böyük əksəriyyətinin bir-birini sosial şəbəkələrdə ağır formada təhqir və satqınlıqda suçlayıb ifşa etməklə nə qədər rəzil və mənfur ünsürlər olduqlarını, ictimaiyyətin artıq bu tipli adamlardan iyrəndiyini nəzərə alaraq, eyni şüarla yaxın zamanlarda yeni mitinqin çağırılmasını nəinki təqdir edir, hətta ziyanlı sayır”-deyə bəyanatda bildirilib.

 

Buna görə də BAXCP yeni mitinq barədə təşəbbüs göstərənlərə öz məsuliyyətlərini dərk edərək müqəddəs dəyərləri gözdən salmamağı, bir daha mövcud vəziyyəti düzgün qiymətləndirməyi və öz qərarlarına yenidən baxmağı təklif edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı