Modern.az

İranda qum fırtınasından 150 nəfər xəsarət aldı

İranda qum fırtınasından 150 nəfər xəsarət aldı

Aktual

8 Oktyabr 2018, 23:33

İranın cənub-şərqində yerləşən Sistan-Bəlucistan vilayətində baş verən qum fırtınası nəticəsində 150-yə yaxın insan xəsarət alıb. Modern.az xəbər verir ki, bu barədə vilayətin fövqəladə vəziyyətlərin idarə olunması idarəsinin rəisi Əbdülrəhman Şahnaziyə məlumat verib.

 

Belə ki, oktyabrın 6-da başlayan fırtına ev təsərrüfatlarına ziyan vurub. Fırtınanın gücü saatda 140 kilometrə çatıb. 145 nəfər fırtına nəticəsində ürək, göz və nəfəs yollarında yaranan problemlə əlaqədar xəstəxanaya müraciət edib. Onlardan 27-nin vəziyyəti ağır olduğu üçün xəstəxanaya yerləşdirilib. Qalanlarına isə tibbi yardım göstərilərək evə buraxılıb.

 

Vilayət rəhbərliyi sentyabrın 9-da ehtiyac olmadıqda evdən çıxmamaq barədə əhaliyə müraciət edib.

 

Hər il payız fəslinin əvvəllərində İranın bu bölgəsində qum fırtınası baş verir. Builki fırtına gözlənildiyindən də güclü olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı