Ermənistanın baş naziri Nikol Paşinyan ötən axşam parlamentin ikinci ən böyük fraksiyası olan "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyanla memorandum imzalayıb.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, tərəflər dekabrda erkən parlament seçkilərinin keçirilməsi haqqında razılığa gəliblər.
Memoranduma görə, "Çiçəklənən Ermənistan" partiyası N.Paşinyanın baş nazir postundan istefa verəndən bu vəzifəyə öz namizədini irəli sürməyəcək, eləcə də başqa namizədi dəstəkləməyəcək