Modern.az

Ötən gün Azərbaycan yollarında 2 nəfər ölüb, 10-u yaralanıb

Ötən gün Azərbaycan yollarında 2 nəfər ölüb, 10-u yaralanıb

Aktual

1 Noyabr 2018, 09:40

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 118 cinayət faktı qeydə alınmış, onların da 23-ü “isti izlər”lə açılıb.

 

Bu haqda Modern.az-a Daxili İşlər Nazirliyindən bildirilib.  

Əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölmüş, 10 nəfər xəsarət alıb.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib.  

 

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı