Modern.az

3 avtomobili qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb

3 avtomobili qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb

Aktual

3 Noyabr 2018, 17:44

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Rəhimovun “TOFAŞ”, E.Soltanovun “VAZ-2106” və A.Mustafayevin “VAZ-2107” markalı avtomobillərini qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Füzuli Soltanov olduğu müəyyən edilib.

Şəxsi axtarış zamanı ondan metamfetamin, 1 ədəd gözyaşardıcı balon və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

 

Araşdırma aparılır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı