Modern.az

Atatürk havalimanında QƏZA: 9 yaralı

Atatürk havalimanında QƏZA: 9 yaralı

Aktual

4 Noyabr 2018, 17:10

Türkiyənin İstanbul şəhərində yerləşən Atatürk beynəlxalq hava limanında qəza olub.

 

Modern.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hava limanı ərazisində olan xidməti maşınla hava limanının əməkdaşlarını daşıyan mikroavtobus toqquşub. Toqquşma nəticəsində 9 nəfər xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları, yanğınsöndürənlər və "təcili yardım" briqadası cəlb olunub.

Hadisə nəticəsində yaralananlar xəstəxanalara aparılıb. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır