Modern.az

Bakı Dövlət Universitetində vəziyyət necədir? - Mətbuat xidmətindən AÇIQLAMA

Bakı Dövlət Universitetində vəziyyət necədir? - Mətbuat xidmətindən AÇIQLAMA

Aktual

19 Noyabr 2018, 11:05

Bakı Dövlət Universitetində yoxlamaların aparılması və giriş-çıxışın bağlanması xəbərinə rəsmi cavab verilib.

Modern.az xəbər verir ki, Universitetin mətbuat katibi Pərvanə İbrahimova “Qafqazinfo”ya açıqlamasında məlumatı təkzib edib:

“Bir sıra saytlarda universitetin giriş-çıxışının bağlanması, qapıların möhürlənməsi və yoxlamaların aparılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Hazırda universitetdə hər şey qaydasında davam edir”.

Qeyd edək ki, BDU-nun rektoru Abel Məhərrəmov prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən çıxarılıb.
Yayılan məlumatda vurğulanıb ki, yoxlamaya gələn şəxslər işdən çıxarılan rektor Abel Məhərrəmovun 19 illik fəaliyyətini təftiş edirlər. Giriş-çıxışa məhdudiyyət qoyulmasının səbəbi kimi isə binadan hər hansı bir sənədin çıxarılma ehtimalının qarşısını almaqdan ibarət olduğu göstərilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Eyyubovun oğlunun 10 milyonluq əmlakları üzə çıxdı - ŞOK SİYAHI