Modern.az

Belarusda azərbaycanlı “qanuni oğru” saxlanıldı  

Belarusda azərbaycanlı “qanuni oğru” saxlanıldı   

Aktual

24 Noyabr 2018, 21:44

Belarusun paytaxtı Minskdə azərbaycanlı "qanuni oğru”, kriminal aləmdə "Rəşad Gəncinski” kimin tanınan Rəşad İsmayılov həbs olunub.

Modern.az xəbər verir ki, noyabrın 20-də Belarus DİN-in əməkdaşları Rəşad İsmayılovla yanaşı,  cinayətkar dəstənin üzvləri olduğu ehtimal edilən daha 4 nəfəri də saxlayıb.

Onlardan TT və Makarov tipli tapançalar, 14 ədəd güllə və narkotik maddə - həşiş götürülüb.

Qeyd edək ki, Rəşad  İsmayılov kriminal aləmdə "Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun yaxın adamı  hesab olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı