Fevralın 8-də Əməkdar artist, bədii qiraətçi və aktyor Ağalar Bayramovun 65 illik yubileyi ilə bağlı tədbir keçiriləcək. Tədbir eyni zamanda şair, publisist, Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin sədri Ramiz Qusarçaylının 60 illik yubileyinə də həsr olunacaq.
Modern.az xəbər verir ki, iki ədəbiyyat nümayəndəsinin birlikdə baş tutacaq yubiley tədbiri Rəşid Behbudov adına Mahnı teatrında keçiriləcək.
Qeyd edək ki, 2018-ci il dekabrın 21-də “Bəşir Səfəroğlu adına Quba Rayon Mədəniyyət Mərkəzində” Ramiz Qusarçaylının 60 illik yubileyilə bağlı möhtəşəm tədbir keçirilib.
Növbəti görüşün Bakıda baş tutması planlaşdırılarkən, şairin əksər görüşlərinin aparıcısı olan dəyərli qiraət ustası Ağalar Bayramovun da yubileyi olduğundan hər iki dəyərli insan birlikdə möhtəşəm tədbir keçirilməsinə qərar veriblər.
Respublikamızda sözü dəyərli və sözü çatdırmağı ustalıqla bacaran iki yaradıcı insanın ilk dəfə baş tutacaq birgə tədbiri düşünürük ki, şeiri, sənəti sevən hər kəs üçün maraqlı olacaq.
Fevralın 8-i saat 18:00-da sözə, sənətə dəyər verən hər kəsi “Rəşid Behbudov adına Dövlət mahnı teatrında” keçiriləcək möhtəşəm tədbirə dəvət edirik.