Modern.az

Bakı məktəblisi Azərbaycan bayrağının Ermənistan bayrağının altından asılmasına etiraz etdi

Bakı məktəblisi Azərbaycan bayrağının Ermənistan bayrağının altından asılmasına etiraz etdi

Aktual

22 Fevral 2019, 11:22

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 95 nömrəli tam orta məktəbin V sinif şagirdi Zəhra Salmanlı İranda keçirilən idman yarışında Azərbaycan bayrağının Ermənistan bayrağının altından asılmasına etiraz edib.

Bu barədə Bakı Şəhəri Təhsil İdarəsindən Modern.az-a məlumat verilib.

Bildirilib ki, hadisə turnirin keçirildiyi məkanda baş verib. 

Z.Salmanlı Azərbaycan bayrağının yerinin dəyişilməyəcəyi təqdirdə yarışa qatılmayacağını bildirib. Bayraq fərqli və daha uyğun yerdə asıldıqdan sonra yarışa qatılan məktəbli karate idman növü üzrə bütün rəqibləri üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, rəqibləri arasında erməni idmançını da məğlub edən Zəhra Salmanlı sonda qızıl medal və diplomla təltif olunub.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı