Modern.az

Martda hava həm isti olacaq, həm də soyuq

Martda hava həm isti olacaq, həm də soyuq

Aktual

1 Mart 2019, 14:57

““Mart ayında hava necə olacaq sualına” əminliklə demək olar ki –dəyişkən! Bu halda biz 100 faiz səhv etmərik. Ümumiyyətlə, mart ayının dəyişkənliyi kimi, stabil heç nə yoxdur”.

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli hidrometeorologiya departamentinin direktoru Umayra Tağıyeva  deyib.

 

Onun sözlərinə görə, bu da mülayim enliliklərdə siklon və antisiklonlarin aktivləşməsi ilə bağlıdır.

 

“Tez-tez bir-birini əvəz edən siklon və antisiklonlar nəticəsində fərqli meteoroloji şərait yaranır. O cümlədən, səth örtüyü, relyef, dağ silsilələri, Xəzər dənizi ölkə ərazisinə daxil olan hava kütlələrinin xüsusiyyətlərinin dəyişməsinə, transformasiya olunmasına səbəb olur. Bu proseslər sinoptiklər üçün ən şıltaq ay olan martda özünü daha qabarıq göstərir. Xoş, günəşli mülayim yaz havası ani olaraq soyuq hava şəraiti ilə əvəz olunur. Bu mart ayı üçün də  istisna olmayacaq”.

 

Umayra Tağıyeva bildirib ki, bu ayın səciyyəvi cəhəti şimal və cənub-qərb istiqamətli küləklərinin tez-tez bir-birini əvəz etməsi, onların güclənməsi olacaq.

 

“Ümid edirik ki, bu, əhalinin bahar əhval-ruhiyyəsinə təsir etməyəcək. Havanın temperaturu çox da nəzərə çarpmayan müsbət və mənfi fərqlərlə iqlim norması daxilində tərəddüd edəcək. Səhər evdən çıxanda mülayim hava şəraiti sizi aldatmasın, o gün ərzində kəskin dəyişə bilər. Yağıntılar isə ayrı-ayrı rayonlarda aylıq normanı aşa bilər.

 

Çoxillik məlumatlara görə axırıncı onilliklərdə ən isti mart ayı 2002-ci ildə müşahidə edilib, bu zaman orta aylıq temperatur iqlim normasından 3,8 dərəcə yüksək olub. Martda havanın ən yüksək temperaturu isə 2008-ci ildə ayın 26-da 31 dərəcə müşahidə edilib. Bu əsil yay temperaturu idi. 2014-cü ildə martın 29-dan 30-a olan tarixdə isə havanın temperaturu kəskin dəyişmiş, 13-18 dərəcə enmiş və Bakıda cəmi 0,9 dərəcə olmuşdur. Belə sürprizlər mart ayı üçün nadir hadisə deyil”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı