Modern.az

Şəki sakinin üstündən narkotik tapılıb

Şəki sakinin üstündən narkotik tapılıb

Aktual

9 Mart 2019, 10:54

Şəki Şəhər Rayon Polis Şöbəsinin Narkotiklə Mübarizə Qrupunun əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində ötən gün növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

 

DİN Mətbuat xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Nail Qasımov saxlanılıb. Onun üzərinə şəxsi axtarış keçirilən zaman ümumi çəkisi 470 qram nakotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı