UEFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Virtualaz.org bildirir ki, iclasda bir sıra məsələlərlə yanaşı, Avropa Liqasının qrup mərhələsinin VI turunda keçirilən “Arsenal” (İngiltərə) – “Qarabağ” (Azərbaycan) matçında yaşananlar da müzakirə edilib və müvafiq qərar çıxarılıb.
Xatırladaq ki, dekabrın 13-də keçirilən və xoşagəlməz olaylarla yadda qalan qarşılaşma ilə bağlı işi bir neçə dəfə təxirə salan UEFA bu dəfə yekun qərarını verib. Belə ki, Londonda keçirilən oyunun gedişində əlində "Dağlıq Qarabağ Respublikasının" “bayrağı” olan erməni azarkeşin meydana çıxması, həmçinin görüşün startının gecikməsi İngiltərə klubunun cəzalandırılması ilə nəticələnib. UEFA “Arsenal”a 15 min avro cərimə kəsib. Yeri gəlmişkən, o vaxt stüardlar həmin ermənini vurub meydandan çıxarmaq istəyən "Qarabağ"ın kapitanı Rəşad Sadıxovun əlindən məqamında xilas edə bilmişdilər.
Onu da qeyd edək ki, həmin görüşdə London klubu 1:0 hesabı ilə qalib gəlmişdi.