Modern.az

Rayonlarda qar uçqunu gözlənilir - XƏBƏRDARLIQ

Rayonlarda qar uçqunu gözlənilir - XƏBƏRDARLIQ

Aktual

9 Mart 2019, 13:07

Ekologiya və Təbii Sərvətlər Nazirliyi martın 10-da gözlənilən hava şəraiti haqqında məlumat açıqlayıb.

Modern.az-a verilən rəsmi məlumata görə, sabah  Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq.

Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu  gecə 5-7° isti, gündüz 10-15° isti, Bakıda gecə 5-7° isti, gündüz  13-15°  isti təşkil edəcək.

Atmosfer  təzyiqi  769 mm civə sütunundan 761 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq. 

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Qərb küləyi gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz  14-19° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz  6-11° isti təşkil edəcək. 

 

Xəbərdarlıq - Martın 10-dan 13-dək cənub-qərb küləyinin arabir güclənməsi, temperaturun yüksəlməsi ilə əlaqədar yüksək dağlıq ərazilərdə qar uçqunu ehtimalı var. 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı