Modern.az

Qazaxıstanda elit ərazidə yaşayan azərbaycanlı qarət olundu

Qazaxıstanda elit ərazidə yaşayan azərbaycanlı qarət olundu

Aktual

9 Mart 2019, 15:50

Qazaxıstanın Almatı şəhərində Azərbaycan vətəndaşının evi qarət olunub.

 

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Medeus Rayon Polis İdarəsinin əməkdaşları meqapolisin ərazisində bir neçə mənzili qarət etməkdə şübhəli bilinən 1988-ci il təvəllüdlü kişini saxlayıblar.

 

“Əvvəllər oğruluğa görə məhkumluğu olan şəxs xarici vətəndaşın mənzilinə daxil olaraq, oradan pul vəsaitlərini, qızıl məmulatlarını və bahalı videotexnikanı oğurlayıb”, - deyə polis idarəsindən bildiriblər.

Polis oğrunun təkbaşına fəaliyyət göstərdiyini və yalnız elit mikrorayonlarda yerləşən evləri qarət etdiyini müəyyən edib. Onun bu günə kimi səkkiz analoji cinayət törətdiyi üzə çıxıb.

 

Cinayətləri törətməkdə şübhəli bilinən 31 yaşlı şəxs barəsində həbs qətimkan tədbiri seçilib, istintaq davam edir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı