Modern.az

“Qarabağ” liderliyə yüksəldi

“Qarabağ”  liderliyə yüksəldi

Aktual

9 Mart 2019, 20:59

Bu gün futbol üzrə Topaz Premyer Liqasının 20-ci turunun növbəti oyunu keçirilib.

Modern.az xəbər verir ki, “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda autsayder “Zirə” komandası ilə qarşılaşıb. Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesab açılmayıb.

 

Bu oyundan sonra “Qarabağ” xalların sayını 42-ə çatdıraraq turnir cədvəlində birinci pilləyə yüksəlib. Hesabında 41 xal olan “Neftçi” ikinci yerdədir. Liderə nisbətən bir oyun az keçirən paytaxt komandası martın 10-da səfərdə “Sumqayıt” klubu ilə qarşılaşacaq.

 

Xatırladaq ki, 20-ci turun ilk oyununda “Keşlə” komandası “Sabah”a 3:0 hesabı ilə qalib gəlib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı