Modern.az

Şəkidə mikroavtobus və minik avtomobili toqquşdu: 9 yaralı

Şəkidə mikroavtobus və minik avtomobili toqquşdu: 9 yaralı

Aktual

10 Mart 2019, 11:06

Şəki şəhərində 9 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

Modern.az-ın "Report"a istinadən məlumatına görə, hadisə səhər saatlarında İsmayıllı-Qaraməryəm-Şəki magistralının yolun Şəki rayonu Köbər Zəyzid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"99-HD-777" dövlət qeydiyyat nişanlı "Toyota Prado" markalı avtomobillə "Mercedes Vito" markalı mikroavtobus toqquşub.

Nəticədə 9 nəfər bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...