Son günlər Türkiyənin gündəmindən düşməyən bir məsələ var: intihara sürükləyən oyunlar! Artıq bununla baglı həyəcan təbili çalındı. Gəncləri və azyaşlıları intihara sürükləyən oyunların girişinə qadağa qoyuması üçün Ailə və SosyalSiyasət Nazirliyi hərəkətə keçib.
Qeyd edim ki, bir müddət əvvəl "Mavi balina" oyunu var idi və bu təhlükənin qarşısı alınmadan yeni "Momo" oyunu ortaya çıxıb. Bu oyunlar Whatsapp ve Youtube kimi sosyal platformalar üzərindən gənclərə çatdırılır. “Momo” oyunu dijital və qorxu oyunları içərisində ilk sıraya yerləşib. “Momo” ilk olaraq Meksika kodlarına cavab verməyə başladı. Sonra Yaponiya və Kolimbiyadakı gəncləri ələ almağa başladı. Bu ölkələrdə polis və müvafiq təşkilatların mübarizəsi də nəticəsi qaldı.
Qorxu Amerikada da sürətlə yayılmağa başladı. “Momo”nun görüntüsünün isə Yaponioyadakı müzeylərin birində quş qadın heykəlinə aid olduğu ortaya çıxdı. “Momo” da “Mavi balina” kimi gənclərin ağlına girir və intihara sürükləyəcək qədər psixologiyalarını alt-üst edir.
Yapon folklorundan çıxan “Momo” azyaşlıları müxtəlif psixoloji sözlərlə intihara aparır. Hətta bu oyundan təsirlənən uşaqlar məktəbdə bir-birinə zərər verə bilir.
Artıq Türkiyədə təhlükəli oyunların konkret zərər veriyi ailələr var. Qeyd edim ki, bu cür zərərli oyunlar dünyada sürətlə yayıldığından Azərbaycanda da olması qaçılmazdır. Mütəxəssislər son zamanlar intihar hallarının artmasında bu qorxu oyunlarının rolu olduğunu bildirirlər.
Bu cür oyunlardan azyaşıları necə qorumalı?
Psixoloq Özləm Tarık bildirir ki, bəzi güclər hər dönəm oyun görünümü altında, xüsusilə uşaqları hədəf seçərək, onlarda maraq yaradır və istədiklərini onların vasitəsilə həyata keçirir:
"O üzdən uşaqların oynadığı oyunu mütləq nəzarətdə saxlamalısınız. Ən azından bir dəfə mütamadi oynadığı oyunu oynamalısınız. Uşaqları öz otağında və sizdən gizlənərək tablet, bilgisayar və ya telefonda oyun oynamasına icazə verməməlisiniz. Bundan başqa, uşaqlarınızla zərərli oyunlarla bağlı danışın. Onlarda bilgisayara bağlılıq, səsizik və ya bu cür dəyişiklik görsəniz mütləq araşdırmalısınız".
Qeyd edim ki, bu cür oyunlarda azyaşlıları təhdid edən və onları özlərinə və ətrafdakılara zərər verməyə sövq edən psixoloji hərəkətlər var. Türkiyədə nazir müavini Ömər Fatih bu cür oyunlara qarşı nazirlik adından açıqlama yayıb. O, gəncləri bu oyunlara sövq edənlərlə bağlı nazirliyin “qaynar xətt”inə xəbər verməyi xahiş edib.
Məhsəti Şərif