Modern.az

Bakıda quldurluq edənlər Gəncədə tutuldular  

Bakıda quldurluq edənlər Gəncədə tutuldular   

Aktual

11 Mart 2019, 11:09

Martın 10-da Nəsimi rayonu ərazisində kirayədə yaşayan Daşkəsən rayon sakini N.Tağıyev 20-ci Polis Bölməsinə müraciət edərək  martın 8-də evinə gəlmiş 3 nəfər tərəfindən döyülməsini, 1900 manat pulunun və avtomobil açarının alınmasını bildirmişdir.


DİN Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə,
müraciətlə əlaqədar müvafiq araşdırma aparılmışdır.


Nəsimi RPİ 20-ci Polis Bölməsi və Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə sübhəli bilinən Gəncə şəhər sakini R.Məmmədov və Samux rayon sakini, əvvəllər məhkum olunmuş E.Həsənli Gəncə ərazisində müəyyən edilərək saxlanılmışlar.

         
Araşdırma aparılır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bizi biabır etmə, ayıbdır! - Ermənilərdən Paşinyana etiraz