Modern.az

BMT-nin Azərbaycandakı nümayəndəliyi bayrağını endirdi

BMT-nin Azərbaycandakı nümayəndəliyi bayrağını endirdi

Aktual

11 Mart 2019, 13:00

BMT-nin Azərbaycandakı nümayəndəliyi “Efiopiya Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar təşkilatın bayrağını yarıya qədər endirib.

Modern.az bildirir ki, məlumatı BMT-nin Azərbaycandakı ofisi yayıb.

Məlumatda deyilir: “Efiopiya Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması nəticəsində 157 nəfər, o cümlədən BMT-nin 11 əməkdaşı həlak olub. Onların xatirəsini anmaq üçün BMT-nin Azərbaycandakı nümayəndəliyi təşkilatın bayrağını yarıya qədər endirib. BMT Baş katibi Antonio Quterreş həlak olanların ailələrinə başsağlığını çatdırıb”.

Xatırladaq ki, ötən gün Efiopiyadan Keniyaya uçan “Ethiopian Airlines” şirkətinə aid Boinq-737 sərnişin təyyarəsi qəzaya uğrayıb. Hadisə nəticəsində 157 nəfər həlak olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı