Modern.az

53 min 145 ağac əkildi

53 min 145 ağac əkildi

Aktual

11 Mart 2019, 13:10

“Bu yaz özün bir təbiət yarat!” devizi altında  Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən respublikanın rayonlarında da yaz ağacəkmə aksiyaları keçirilib. 

Bu haqda Modern.az-a nazirlikdən bildirilib.

Qəbələ, Quba, Şabran, Tovuz, Bərdə, Ağcabədi, Sabirabad və Lənkəran rayonlarında keçirilən aksiyalarda Nazirliyin Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən ümumilikdə 108,5 hektar ərazidə  53145 ədəd müxtəlif meyvə və meşə cinsli ağac əkilib.

Yaz ağac əkini aksiyaları respublikanın digər rayonlarında da davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı