Modern.az

Rusiya təyyarəsində bomba həyəcanı - Bakıya məcburi eniş etdi

Rusiya təyyarəsində bomba həyəcanı - Bakıya məcburi eniş etdi

Aktual

11 Mart 2019, 16:08

Bəhreyndən Moskvaya uçan “Ural Hava Yolları” şirkətinə məxsus Airbus A321 təyyarəsi bazar ertəsi Bakı vaxtı ilə saat 14:56-da Heydər Əliyev Beynəlxalq Aeroportunda müvəffəqiyyətlə eniş edib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, hava gəmisinin qəza enişinə səbəb – HG kapitanının hava gəmisində bombanın olmasından şübhələnməsidir.

Hava limanının bütün qəza-xilasetmə xidmətləri həyəcan siqnalıyla ayağa qaldırılıb və hazır vəziyyətə gətirilib.

Hava gəmisində ekipaj üzvləri də daxil olmaqla, ümumilikdə, 225 nəfər olub.

HG komandiri sərnişinlərin təcili təxliyyəsi barədə qərar qəbul edib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı