Modern.az

İlham Əliyev Hindistanın yeni səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNİB

İlham Əliyev Hindistanın yeni səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNİB

Aktual

11 Mart 2019, 17:06

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Hindistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Bavitlunq Vanlalvavnanın etimadnaməsini qəbul edib.

Modern.az xəbər verir ki, bu haqda Prezidentin mətbuat xidməti məlumat yayıb. 

Səfir Bavitlunq Vanlalvavna fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Bavitlunq Vanlalvavna etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.

Görüşdə ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat və turizm sahələrində əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Səfir Bavitlunq Vanlalvavna diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əməkdaşlığın inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirdi.

Prezident İlham Əliyev səfirə ölkəmizdə fəaliyyəti müddətində uğurlar arzuladı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı