"Biz münaqişələrin həllinə cəlb olunmuruq, amma müttəfiqlərimiz və tərəfdaşlarımız regionda sülh olmasında maraqlıdır. Dağlıq Qarabağ münaqişəsi də yalnız sülh yolu ilə həll oluna bilər".
Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay İrəvanda jurnalistlərə açıqlamasında bildirib.
NATO rəsmisi qeyd edib ki, uğurlu hərbi variant ola bilməz: “Dağlıq Qarabağ münaqişəsinin də həlli yalnız sülh yolu ilə mümkündür. Bu mövqeyi bütün tərəflərin nəzərinə çatdırıram”.