Modern.az

Azərbaycan Küveyt əlaqələri müzakirə olunub

Azərbaycan Küveyt əlaqələri müzakirə olunub

Aktual

11 Mart 2019, 21:58

Küveyt Millət Məclisinin Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyətini qəbul etdi.

Xarici İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Elmar Məmmədyarov ikitərəfli siyasi münasibətlərin cari vəziyyətini yüksək qiymətləndirib və iqtisadi əməkdaşlıq imkanlarının araşdırılması məqsədilə Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın iclasının tezliklə keçirilməsinin zəruriliyini vurğulayıb. Azərbaycanın Küveyt vətəndaşları üçün sadələşdirilmiş viza rejimi tətbiq etdiyini bildirən nazir Elmar Məmmədyarov iki ölkə arasında birbaşa hava əlaqəsinin mövcudluğunun turist axınının artmasına təkan verəcəyinə əminliyini ifadə edib.

 

Azərbaycanda olmaqlarından məmnunluğunu bildirən Xalid Əl-Uteybi ikitərəfli münasibətlərin qədim tarixə əsaslandığını söyləyərək ticarət əlaqələrinin daha da genişləndirilməsinin zəruriliyini qeyd edib. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan qonaqlar Küveytin Azərbaycanın münaqişənin həlli ilə bağlı ədalətli mövqeyini dəstəklədiyini xüsusilə vurğulayıb.

 

Münaqişə ilə bağlı Küveytin ədalətli mövqeyinə və dəstəyinə görə təşəkkürünü ifadə edən nazir Elmar Məmmədyarov müstəqilliyimizin ilk illərində azərbaycanlı qaçqın və məcburi köçkünlərə Küveytin humanitar yardımını yüksək qiymətləndirib.

 

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı