Modern.az

Nəcməddin Sadıkov Bolqarıstanlı həmkarı ilə görüşdü - FOTO

Nəcməddin Sadıkov Bolqarıstanlı həmkarı ilə görüşdü - FOTO

Aktual

11 Mart 2019, 22:56

Azərbaycan Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun Bolqarıstan Respublikasına rəsmi səfəri başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, ilk olaraq general-polkovnik N.Sadıkovun rəhbərlik etdiyi nümayəndə heyəti Sofiyanın Aleksandr Nevski meydanında naməlum əsgərin məzarını ziyarət edib, önünə əklil qoyub.

 

Sonra general-polkovnik N.Sadıkov bolqarıstanlı həmkarı general Andrey Botsev ilə görüşüb.

 

Qonaqları salamlayan general A.Botsev vurğulayıb ki, Bolqarıstan Azərbaycan ilə bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığa böyük əhəmiyyət verir.  Azərbaycan ilə Bolqarıstan arasında hərbi-texniki əməkdaşlığın daha da inkişafı üçün geniş imkanlar mövcuddur.

 

Bolqarıstana səfərindən məmnunluğunu bildirən general-polkovnik N.Sadıkov ölkələrimiz arasında hərbi münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini xüsusi qeyd edib.

 

Görüşdə Azərbaycanla Bolqarıstan arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahədə mövcud əməkdaşlığın perspektivləri, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı