Modern.az

“Şollerin arxivi” 22 gündür Niderland mətbuatının ön səhifəsində

“Şollerin arxivi” 22 gündür Niderland mətbuatının ön səhifəsində

Aktual

11 Mart 2019, 23:36

Ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov olan “Şollerin arxivi” bədii filmi Niderlandın “31mag” jurnalının saytında işıqlandırılıb.

Bu barədə  Modern.az-a məlumat verən C.Qasımov deyib ki, film bu yaxınlarda Niderlandın “European Cinematography Awards” festivalında “Ən yaxşı dram” kateqoriyası üzrə uğur qazanıb.

“10 qalibdən bir tək “Şollerin arxivi” filmi barədə məqalənin 22 gündü saytın ön sırasında olması bizim filmimizi mədəniyyətimiz böyük hörmət göstərilməsidir.  

“31mag” jurnalının saytında “Şollerin arxivi” bədii filmi ilə bağlı yazda qeyd edilib ki, ekran əsəri almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama dəstək olaraq çəkilib. Film Avropa mədəniyyətinə Azərbaycan-Almaniya dostluğundan bəhs edir, “31mag” jurnalının saytında film barəsində 3 dildə - italyan, holland, ingilis dilində yazılar yerləşdiriblər

Ölkə başçısı İlham Əliyev cənablarının “Azərbaycan kinematoqrafiyasının konsepsiyası” layihəsi, kinomuzun inkişafı ilə bağlı sərəncamı  özəl pradakşınlara böyük dəstəkdir. Bu sərəncamdan sonra Azərbaycan filmini mədəniyyətini geniş dünya miqyasında təmsil edəcəyik.

Ekran əsəri Avropa mədəniyyətinə azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir. Film Niderlandın “European Cinematography Awards” festivalında ötən ay nümayiş olunub, iki kateqoriya üzrə uğur qazanıb. Bu festivalın qalibləri içərisindən ancaq “Şollerin arxivi” barədə xəbər yerləşdirilib”, - deyə C.Qasımov söyləyib.

O, vurğulayıb ki, ekran əsərinin süjet xətti ötən əsrin 40-cı illərində Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulub. Filmin çəkilişləri Gəncə, Göygöl, Tovuz və Bakıda aparılıb. Ekran əsərində alman ailəsinin timsalında insan dramı göstərilib. Eyni zamanda, xalqımızın multikultural dəyərlərə sadiq qalması nəzərdən qaçmayıb. Filmdə baş verən hadisələr real həyatdan götürülüb.

Qeyd edək ki, dünyada böyük marağa səbəb olan “Şollerin arxivi” bədii filmi Azərbaycan kino tarixində beynəlxalq festivallarda ən çox uğur əldə edən ekran əsərlərindəndir. Triller janrında çəkilmiş ekran əsərinin rejissoru Adil Qulamov, operatoru Tahir Səmədoğlu, montajçısı Faiq Nağıyevdir. Filmdə Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Əjdər Zeynalov, Rövşən Kərimduxt, Ramiz Vəliyev, Sevda Ələkbərova, aktyor Mətləb Ərdəbilli və başqaları rol alıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı