Modern.az

Təyyarədə partlayıcı qurğu aşkarlanmadı

Təyyarədə partlayıcı qurğu aşkarlanmadı

Aktual

11 Mart 2019, 23:28

Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda təcili enən "Uralskiye Avialinii" aviaşirkətinə məxsus təyyarəyə baxış keçirilib, partlayıcı qurğu aşkarlanmayıb.

Modern.az xəbər verir ki, bu barədə "TASS"a Rusiyanın Azərbaycandakı səfirliyinin mətbuat katibi Mariya Osipova bildirib.

 

M.Osipova deyib: "Hava limanında olan RF səfirliyinin əməkdaşları bildiriblər ki, təyyarəyə keçirilən baxış demək olar ki, başa çatıb, partlayıcı qurğu aşkar edilməyib".

 

Onun sözlərinə görə, heyətin komandiri gecəni Bakıda qalmaq barədə qərar qəbul edib: "Təyyarə Moskvaya sabah günün ilk yarısında yola düşəcək".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı