Modern.az

Prokuror sayt rəhbərinə şərti cəza istədi

Prokuror sayt rəhbərinə şərti cəza istədi

Aktual

12 Mart 2019, 15:58

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Criminalaz.com" saytının baş redaktoru Anar Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Modern.az Trend-ə istinadən xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı çıxış edib.

Prokuror A.Məmmədovun 5 il 6 ay azadlıqdan məhrum edilməsini, Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə barəsində 2 il sınaq müddətinə şərti cəza təyin olunmasını istəyib.

Məhkəmənin baxış iclası martın 15-nə təyin olunub.

Qeyd edək ki, A.Məmmədov Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı