Modern.az

Yapon professor Qərbi Kaspi Universitetində mühazirə dedi

Yapon professor Qərbi Kaspi Universitetində mühazirə dedi

Aktual

12 Mart 2019, 15:58

Martın 11-də Qərbi Kaspi Universitetində Yaponiyalı professor Hosoya Yuichinin mühazirəsi təşkil edilib. Keio Universitetinin Beynəlxalq Siyasət fakültəsinin professoru "Müasir Yaponiyada demokratiyaya doğru addımlar: Şərqi Asiyada Yapon diplomatiyası" mövzusunda çıxış edib.

Professor Yaponiyanın siyasi inkişaf modeli, demokratiya təcrübəsi, Yaponiyanın Şərqi Asiyada və beynəlxalq münasibətlərdə yürütdüyü siyasət barədə məlumat verib.

Daha sonra qonaq tələbələri maraqlandıran sualları cavablandırıb və gənclərin beynəlxalq siyasi münasibətlərə adekvat yanaşmasını, universitet tələbələrinin hazırlıq səviyyəsini və burada keyfiyyətli təhsil üçün yaradılmış şəraiti yüksək qiymətləndirib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...