Modern.az

Azərbaycanda kök-hüceyrə mərkəzi yaradılacaq

Azərbaycanda kök-hüceyrə mərkəzi yaradılacaq

Aktual

12 Mart 2019, 16:24

“Azərbaycanda artıq kök-hüceyrə mərkəzi yaradılmalıdır”.

Modern.az xəbər verir ki, bunu parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O, bildirib ki, belə bir mərkəzə çox ciddi ehtiyac var: “Artıq bu məsələdən ölkə rəhbərinin də xəbəri var. Ona görə hesab edirik ki, yaxın gələcəkdə bu məsələ həllini tapacaq.

Çünki Azərbaycanda artıq belə bir mərkəzə ciddi ehtiyac duyulur. Mənə hətta, dedilər ki, təkcə İstanbulda 40-a yaxın kök-hüceyrə mərkəzləri var. Odur ki, bizdə də belə bir Mərkəz mütləq olmalıdır”. 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı