Modern.az

Ölkədə istixanaların sayı rəsmi göstəricilərdə...

Ölkədə istixanaların sayı rəsmi göstəricilərdə...

Aktual

14 Mart 2019, 16:06

Ölkədə ümumi sahəsi 1,3 min hektar olan 2910 vahid istixana fəaliyyət göstərir.

 

Modern.az rəsmi göstəricilərə istinadən xəbər verir ki, ötən il həmin istixanalarda 205,9 min ton pomidor, 14,2 min ton xiyar, 761,3 ton göbələk, 425,6 ton kartof, 237,3 ton bibər, 170,0 ton badımcan, 36,6 ton soğan, 2,5 ton lobya, 2,5 ton sarımsaq, 40,9 ton çiyələk və digər bitkiçilik məhsulları istehsal olunub.

 

Ölkənin digər rayonlarına nisbətən Abşeron, Şəmkir, Xəzər, Salyan, Samux, Sabunçu, Tovuz, Sabirabad və Masallı rayonlarının istixana təsərrüfatlarında daha çox məhsul yetişdirilib.

 

2019-cu ilin yanvar ayında respublikada örtülü torpaq sahələrindən 15,6 min ton tərəvəz toplanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı