Modern.az

7 tələbəni zəhərləyən dönərxana haqda ətraflı məlumat yayılacaq

7 tələbəni zəhərləyən dönərxana haqda ətraflı məlumat yayılacaq

Aktual

18 Mart 2019, 14:00

Xəbər verdiyimiz kimi, martın 13-də paytaxtın Nərimanov rayonunda, Əhməd Rəcəbli küçəsi 21-də yerləşən "Köz dönər" kafesində dönər yeyən 7 nəfər zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Modern.az-a bildirib ki, xəstələrin hamısının vəziyyəti normal olduğu üçün evə buraxılıblar.

 

Qida Təhlükəsizliyi Agentliyindən (QTA) Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, paytaxtın Nərimanov rayonunda, Əhməd Rəcəbli küçəsi 21-də yerləşən "Köz dönər" kafesində araşdırmalar davam edir.

 

Qeyd edilib ki, kafedəki məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib:

 

“Araşdırmalar yekunlaşdıqdan sonra nəticələrə dair sizə ətraflı məlumat veriləcək”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı