Modern.az

İndoneziyada 6 bal gücündə zəlzələ

İndoneziyada 6 bal gücündə zəlzələ

Aktual

24 Mart 2019, 09:55

Molukka dənizində Sulavesi adasının (İndoneziya) yaxınlığında 6,0 bal gücündə zəlzələ baş verib.

 

Modern.az-ın məlumatına görə, zəlzələnin episentri Manado şəhərindən (452 min sakin) 166 kilometr şərqdə yerləşib. Yeraltı təkanlar 60 kilometr dərinlikdə baş verib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.

 

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!