Modern.az

Qəbələdə yaşayış evində partlayış: 4 nəfər xəsarət alıb

Qəbələdə yaşayış evində partlayış: 4 nəfər xəsarət alıb

Aktual

24 Mart 2019, 10:35

Qəbələ rayonunda yaşayış evində partlayış baş verib.

 

Modern.az-ın FHN-ə istinadən verdiyi məlumata əsasən, partlayış ümumi sahəsi 240 m² olan birmərtəbəli 4 otaqlı evin zirzəmisində partlayış baş verib.

 

Partlayış dalğasının təsirindən evin döşəməsi dağılıb və arakəsmə divarlarında çatlar əmələ gəlib.

Yanğın hadisəsi olmayıb. Hadisə zamanı 4 nəfər xəsarət alıb. İlkin ehtimala görə, partlayış məişət qazının sızması nəticəsində baş verib.

 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 

Sizə yeni x var
Keçid et
Bizi biabır etmə, ayıbdır! - Ermənilərdən Paşinyana etiraz