Modern.az

“Diqlas”dakı yanğına görə Qara Qarayev prospektində hərəkət dayandırıldı  

“Diqlas”dakı yanğına görə Qara Qarayev prospektində hərəkət dayandırıldı   

Aktual

26 Mart 2019, 10:18

Bakının Nizami rayonu ərazisindəki "Diqlas" ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar olaraq Qara Qarayev prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

O deyib ki, ticarət mərkəzində baş vermiş yanğın hadisəsi ilə əlaqədar olaraq hazırda yolda hərəkət məhdudlaşdırılıb: "Bu səbəbdən prospektin həmin hissəsindən keçən müntəzəm marşrut xətləri üzrə avtobuslar B.Çobanzadə küçəsindən keçməklə hərəkət edir".

Qeyd edək ki, bu gün səhər saatlarında Bakının 8-ci km qəsəbəsindəki "Diqlas" ticarət mərkəzində güclü yanğın baş verib. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən briqada və FHN-in helikopteri cəlb olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı