Modern.az

“Diqlas”da baş verən yanğını söndürən FHN əməkdaşı yaralandı

“Diqlas”da baş verən yanğını söndürən FHN əməkdaşı yaralandı

Aktual

26 Mart 2019, 11:00

Bakının Nizami rayonu ərazisindəki "Diqlas" ticarət mərkəzində baş vermiş yanğının söndürülməsi zamanı Fövəqladə Hallar Nazirliyinin (FHN) əməkdaşı xəsarət alıb.

 

Səhiyyə Nazirliyindən Modern.az-a verilən məlumata görə, hadisə nəticəsində yanğınsöndürmə briqadasının bir əməkdaşı sağ əlin kəsilmiş yarası ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

 

Qurumdan bildiriblər ki, hazırda hadisə yerinə 6 təcili tibbi yardım briqadası cəlb edilib.

 

Xatırladaq ki, bu gün səhər saatlarında paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində "Diqlas" ticarət mərkəzində güclü yanğın baş verib.

 

Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadaları və helikopterlər cəlb eilib.

 

Yanğın davam edir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı