Modern.az

Keçmiş məhkumlar narkotik üstündə tutuldular

Keçmiş məhkumlar narkotik üstündə tutuldular

Aktual

26 Mart 2019, 11:36

Şəki Şəhər (Rayon) Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbirləri həyata keçirilib.

 

DİN mətbuat xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, ŞRPŞ əməkdaşlarının əldə etdikləri məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Kəmaləddin Bədəlov saxlanılıb. Onun üzərində şəxsi axtarış keçirilən zaman 0,110 qram çəkidə narkotik vasitə olan heroin, yaşadığı evin zirzəmisindən isə sellofan torbada 470 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

 

ŞRPŞ əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şəki şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş 44 yaşlı Anar Ələkbərov saxlanılıb. Onun üzərində şəxsi axtarış keçirilən zaman 274 qrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

 

Faktlarla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı